Cəbrayılda fəhlə minaya düşdü, ayağı amputasiya olundu

Cəbrayılda fəhlə minaya düşdü, ayağı amputasiya olundu

Hazırda oxunan: Cəbrayılda fəhlə minaya düşdü, ayağı amputasiya olundu

48207

Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 29 noyabr 2021-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO