Noyabrın 28-də Azərbaycan Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda minaya düşüb.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
2 hərbi qulluqçumuz Füzulidə minaya düşdü - RƏSMİ
Bildirilib ki, rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya hərbi qulluqçular - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəlüdlü Murad Məmmədzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media