Evsiz ailə qalmayacaq -VİDEO

Evsiz ailə qalmayacaq -VİDEO

Hazırda oxunan: Evsiz ailə qalmayacaq -VİDEO

48006
Ölkə başçısının tapşırığına əsasən 3-4 il ərzində evsiz şəhid ailəsi və müharibə əlili olmamalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə apardığı tədqiqatlardan sonra yeni qaydalara əsasən indiyə qədər evlərin verilməsi üçün yeni binaların inşası həyata keçirilirdisə, bundan sonra insanlar elə yaşadıqları rayon və ya şəhərin ərazisində evlə təmin ediləcək.
Bununla da əlillərin digər vətəndaşlardan ayrılması, cəmiyyətdən təcrid olunmasının qarşısı alınacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, 
iri şəhərlərdə əlillər üçün salınacaq mənzillərin sahəsi təqribən 70-80 kvadrat metr olacaq. Rayonlarda yaşayanlara isə fərdi evlər tikilərək təqdim olunacaq. 
Bu tədbirlərin həyata keçirilməsinini əsas səbəbi Prezident İlham Əliyevin son müşavirədə verdiyi tapşırıqlar olub. "Ümid edirəm ki, bu il növbədə dayanan müharibə əlilləri və şəhid ailələri minik maşınları ilə də tam şəkildə təmin ediləcəklər. Növbəti 3-4 il ərzində növbədə dayanan şəhid ailələrinin və müharibə əlillərinin hamısı yeni mənzillərlə və fərdi evlərlə təmin ediləcək. Bu göstəriş verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlərlə məşğuldur. Dövlət investisiya xərclərində də bu məsələ nəzərə alınmalıdır". 
Ölkə başçısının imzaladığı başqa bir sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan 5 milyon manat hesabına avtomobil növbəsində olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi, 20 Yanvar hadisələri zamanı əlil olmuş 653 nəfərin avtomobillə təminatı həyata keçirilir. Yeni ayrılmış vəsait hesabına əlillərə əsasən “NAZ” və “LİFAN” markalı maşınlar alınır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO