Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA

Hazırda oxunan: Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA

0:00
0:00
45514

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, noyabrın 11-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Qar örtüyünün hündürlüyü Qusarda 9 sm, Qrızda 8 sm, Sarıbaş (Qax), Xınalıqda 3 sm, Şahdağda 2 sm, Xaltanda 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Tovuzda 22 m/s, Nabran, Neftçala, Xaçmaz, Salyan, Tərtər, Bərdə, Ağdam, Ağstafada 20 m/s, Altıağac, Astara, Ceyrançöldə 18 m/s, Şabranda 16 m/s, Ordubad, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 33 m/s, Çilov adasında 31 m/s, Pirallahıda 30 m/s, Neft Daşlarında 29 m/s, Ələt, Binədə 28 m/s, Sumqayıtda 24 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.7 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-9° isti, aran rayonlarında 7-10° isti, dağlıq rayonlarda 2-8° şaxta, Naxçıvan MR-da 1-7° isti olub.

Qeyd edək ki, noyabrın 12-si gündüz, 13-də ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO