Yol polisinin menyüsünə yaddan çıxmış bir məkan...

Yol polisinin menyüsünə yaddan çıxmış bir məkan...

Hazırda oxunan: Yol polisinin menyüsünə yaddan çıxmış bir məkan...

44939
Son günlər ölüm və ağır xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisələrinin artması və paytaxt yollarındakı tıxacların daha da kəskinləşməsi cəmiyyətdə və mediada çoxsaylı müzakirələrə yol açıb. Bir qrup insan baş verənlərdə dövlət yol polisinin günahkar olduğunu iddia edir, başqa tərəfsə sürücülərin məsuliyyətsizliyini qabardır. 
Moderator.az oxuculara bir foto təqdim edir. Bakı Dövlət Universitetinin yuxarı tərəfdəki girişinə yaxın, Mətbuat prospektində səhər saatlarından başlayaraq günorta tələbələr universitetdən çıxananadək yaşanan xaosu bəlkə də təqdim olunan bu foto sizlərə çatdırmaqda aciz qalacaq. Yolun hərəkət istiqamətində az qala 3 sıra saxlanılan taksi və ailə maşınları hərəkəti demək olar ki, bir neçə saat mümkünsüz edir. 
İndi gəlin görək burada əsss günahkar kimdir? Təbii ki, hər iki tərəfin məsuliyyətindən danışmağa dəyər. Amma axı gəlin razılaşaq ki, yoil polisi azacıq məsuliyyət və prinsipiallıq sərgiləsə, günün müəyyən saatlarında həmin əraziyə yol patrul xidməti nəzarət etsə, bu cür acınacaqlı vəziyyət yaranmaz.
 Ümid edək ki, bundan sonra nəticə çıxarılacaq...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO