Məlahət İbrahimqızı: “Xocalı söyqrımına beynəlxalq aləm diqqət ayırmalıdır”

Məlahət İbrahimqızı: “Xocalı söyqrımına beynəlxalq aləm diqqət ayırmalıdır”

Hazırda oxunan: Məlahət İbrahimqızı: “Xocalı söyqrımına beynəlxalq aləm diqqət ayırmalıdır”

42061

“Xocalı soyqrımı bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq sağalmaz yarasıdır”. 

Bunu millət vəkili Məlahət İbrahimqızı  Moderator.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, əslində milliyətindən asılı olmayaraq hər bir normal anlayış sahibi Xocalı soyqrımının acısını hiss etməlidir:

“Azərbaycan artıq 1992-ci ildən etibarən Xocalı soyqrımının il dönümünü qeyd edir. Bununla bağlı da Azərbaycanda hər kəs öz vəzifəsindən asılı olmayaraq, səlahiyyət çərçivəsində müəyyən işlər görür. Məqsədimiz isə Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli soyqrımına dünyanın ən layiqli beynəlxalq təşkilatlarının diqqət yetirilməsi və qiymətləndirilməsidir. Düşünürəm ki, ümumilikdə hər bir Azərbaycan vətəndaşı bu soyqrımın qəbul olunmasına səy göstərməlidir və bundan yorulmamalıdır. Hesab edirəm ki, Xocalı söyqrımına beynəlxalq aləm  yetəri qədər diqqət ayırmasa, bu soyqırımı tanıdılmasa dünyada belə hadisələr yenə də baş verəcək”.

Millət vəkili hesab edir ki, Azərbaycan Respublikasının prezidenti və ölkənin birinci xanımı Mehriban Əliyeva Xocalı soyqrımının beynəlxalq aləmdə tanınması üçün əllərindən gələni əsirgəmir: “Hesab edirəm ki, Xocalı soyqrımının tanıdılmasında ən böyük zəhməti və fədakarlığı dövlət başçısı və onun xanımı edir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse prezidenti, xanım Leyla Əliyevanın dünyada və beynəlxalq təşkilatlarda apardığı “Xocalıya Ədalət Kompaniyası” ilə artıq dünyanın bir neçə ölkələri və eləcə də İslam Konfransı Təşkilatı Xocalı faciəsini soyqırım kimi qəbul edib və Xocalı soyqrımını  insanlığa qarşı cinayət kimi qiymətləndirən qətnamələr qəbul olunub. Bu istiqamətdə işlər istər gənclərin xətti ilə, istər də xaricdə olan diasporamız vasitəsi ilə davam edir”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO