Azərbaycanda daha bir xidmət orqanı əməkdaşlarına diplomatik pasportlar veriləcək. Milli Məclisdən ANS PRESS-ə verilən məlumata görə, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanununa edilən yeni dəyişikliklərdə nəzərdə tutulur.
Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diptomatik Nümayandəliklərin Mühafizə İdarəsinin zabit heyətinə diplomatik pasportlar veriləcək.
Diplomatik pasportlar Xarici İşlər Nazirliyi tərəfindən verilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.