Zahid Oruc erməni deputata cavab verdi

Zahid Oruc erməni deputata cavab verdi

Hazırda oxunan: Zahid Oruc erməni deputata cavab verdi

40766
“Cənab prezident həmin tələbləri dilə gətirməklə xalqın iradəsini yerinə yetirir və Konstitusion vəzifələrini gerçəkləşdirir. Ona görə mühakimə edilməli olanlar Zoqrabyanın mənsub olduğu millətin rəhbərliyi və müdafiə sistemində qərar tutanlardır”. Bu sözləri Bizimyol.info saytına Milli Məclisin deputatı Zahid Oruc Çiçəklənən Ermənistan Partiyasının deputatı Naira Zoqrabyanın Avropa Şurası Parlament Assambleyasındakı çıxışına münasibət bildirərkən deyib.

Qeyd edək ki, erməni deputat AŞPA-da məsələ qaldıraraq Azərbaycan Prezidentini ermənilərə qarşı millətçi çıxışlar etməkdə günahlandırıb və onun cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.  O, həmçinin azərbaycanlı zabit Ramil Səfərovun azadlığa buraxılması və Azərbaycanda rahat yaşamasında Prezident İlham Əliyevi günahlandırıb. 
“Sözügedən çıxışda siyasi isterika və reallığı avropalıların nəzərində dəyişmək cəhdi var. Əgər hüquqi dava açılmalıdırsa, ilk növbədə erməni hərbi səhra komandirləri və siyasi elitası Azərbaycana qarşı təcavüzün mənəvi-ideoloji, həmçinin silahlı baiskarları kimi məsuliyyətə cəlb olunmalıdırlar. Çünki hazırda Beynəlxalq Tribunal qarşısında olan Serbiyanın keçmiş rəhbərləri ilə müqayisədə ermənilər daha böyük müharibə cinayətləri törədiblər. Birdən həmin deputata sual versəydilər ki,cənab İlham Əliyevin millətçi çıxışları hansı ordu birləşmələrinin əleyhinə yönəlib, dərhal üzə çıxardı ki, söhbət daha böyük ərazilərdə qərarlaşmış işğalçı qüvvələrə qarşı haqlı münasibətdən gedir. Cənab prezident həmin tələbləri dilə gətirməklə xalqın iradəsini yerinə yetirir və Konstitusion vəzifələrini gerçəkləşdirir. Ona görə mühakimə edilməli olanlar Zoqrabyanın mənsub olduğu millətin rəhbərliyi və müdafiə sistemində qərar tutanlardır” - deyən Zahid Oruc erməni həmkarının Ramil Səfərovla bağlı dediklərinə də münasibət bildirdi. 
“O ki,qaldı Ramil Səfərov hadisəsinə,erməni parlamentari yaxşı bilir ki, ötən yüz ildə Ermənistanın sovet və ya müstəqillik dövrünün bütün qəhrəmanları Azərbaycan xalqının qətlində iştirak edənlərdir. Başqa “igidlik səlnaməsi” və ya şücaət tarixinə malik olmayan olmayan bir toplumun “cinayətkarı azdlqığa buraxmaq” ittihamı özlərinə qarşı geri qayıdır. Zoqrabyan heykəlləri qoyulmuş erməni döyüşçülərinin əfsanəsini dərslikləşdirən və ictimai düşüncənin ayrılmaz idealına çevirən bir xalqın gələcək terrorçu, təcavüzkar yetişdirməyindən utanc keçirib məhz bunu məhkəməyə çıxarsa, millətinə daha yaxşı xidmət etmiş olar!”
Qeyd edək ki, Naira Zoqrabyanın təmsil etdiyi partiya Ermənistanda ana müxalifətdə yer alıb. O, 23 mart 2012-ci ildə verdiyi açıqlamasında Azərbaycanın başqa ölkələrin deputatlarını pulla almaqda da günahlandırmışdı. Deputatın partiyası hazırda erməni millətçilərinə yaxınlığı ilə seçilir. O, Serj Sərkisyana qarşı sərt çıxışları ilə seçilsə də, heç vaxt onun şovinist açıqlamalarına şərh verməyib.

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO