Sənədsiz evlər problemi həllini tapır

Sənədsiz evlər problemi həllini tapır

Hazırda oxunan: Sənədsiz evlər problemi həllini tapır

38856
“Bakıda çoxmərtəbəli bina tikmək istəyən özəl şirkətlər şəhərin mərkəzində və ətrafındakı gecəqonduların sahibləri ilə anlaşaraq, halallıq yolu ilə o əraziləri satın almalıdırlar”. Bu məlumatı dünən bir çox kütləvi informasiya vasitəsi prezident İlham Əliyevə istinadən yaydılar. Güya prezident bunu “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın yekunlarına həsr olunmuş konfransda deyib. Amma rəsmi dövlət qəzetlərində, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzerTac), habelə prezidenin görüşünün stenoqramını dərc edən president.az saytında bu fikir əksini tapmayıb.

Təxminən 2 il bundan əvvəl prezident Bakıətrafı qəsəbələrdə sənədsiz evlərdə yaşayan insanlara ümid verən çıxış etmişdi. Dövlət başçısı tikililərin sənədləşdirilməsi ilə bağlı Nazırlər Kabinetinə komissiya yaratmaq barədə tapşırıq vermişdi. Amma sözü gedən komissiyanın nə işlə məşğul olması barədə hələ ki ictimaiyyətə məlumat verilmir. 
Redaksiyamıza daxil olan məlumata görə, prezidentin məlum tapşırığından sonra yerli icra hakimiyyəti strukturları bələdiyyələrlə bərabər Bakı ətrafı qəsəbələrdə bütün tikililərin siyahısını hazırlayıblar. Hətta müvafiq infrustruktura maneçilik törətdiyi üçün sökülməsi vacib tikililərinin də ayrıca siyahısı hazırdır. Küçə adları və evlərə ünvan verilməsi məsələsi son mərhələsinə qədəm qoyub. Amma yenə, hamı prezidentin “sənədləşdirin” komandasını gözləyir və ya ən azından bu barədə sərəncam yoxdur deyə gözləmə mövqeyində durub.
Son illər sürətlə böyüyən Bakıətrafı qəsəbələrdə toraqlar azalır. Dövlət xətti və ya fərdi layihələrinsə gerçəkləşdirilməsi üçün sözsüz ki, torpağa ehtiyac var. Bu halda “gecəqondu” statusunda olan tikililərin sökülməsi daha rahat olur. Gecəqondu de yure mövcud olmadığından, onun sahibinə qanunun tələbinə uyğun olaraq kompensasiya ayırılmır. Amma “halalıq”- qanundan yan keçən, milli-mənəvi dəyərlərə söykənən yolla kompensasiyanın verilməsini özündə ehtiva edir. 
Düzdür, prezident «hallalıq» sözündən istifadə etməsə də “Kim bina tikmək istəyirsə, getsinlər harada indi köçürmə lazımdırsa, orada yaşayan vətəndaşlarla danışsınlar, anlaşsınlar, köçürsünlər, onların yerində bina tiksinlər” ifadəsini işlədib. Amma istənilən halda çıxışda Bakıətrafı sənədsiz evlərin taleyinə aydınlıq gətirilməyib. Prezident tikinti-quruculuq işlərindən danışanda əsasən Bakının mərkəzini nəzərdə tutub. Bakıətrafı qəsəbələr haqqında prezident aşağıdakı fikirləri səsləndirib: “Bu Proqramın qəbul edilməsi əslində daha çox qəsəbələrin inkişafına hesablanmışdır. Bu gün də bu belədir və qəbul ediləcək növbəti Proqramda da qəsəbələrin bütün problemləri öz həllini tapmalıdır və tapacaqdır. Qəsəbələrdə iş yerləri açılır, yeni müəssisələr yaradılır. Bu da çox müsbət haldır. Biz bunu da alqışlayırıq. Bu işlər dövlət tərəfindən veriləcək güzəştli kreditlər hesabına daha da sürətlə gedəcəkdir”.
Prezident çıxışında maraqlı bir məqama da toxunub. “Biz hamımız yaxşı xatırlayırıq ki, Əl Oyunları Sarayından Bayraq Meydanına qədər olan zonada sənaye müəssisələri, dağılmış zavodlar var idi. Mən məsələ qaldıranda ki, biz bunları köçürməliyik, burada bir gəzinti zonası yaratmalıyıq, bəziləri dedilər bu mümkün deyil, bunlar strateji əhəmiyyətli layihələrdir. Mən bilirdim, bunlar hamısı yalan idi. Sadəcə olaraq, o yerlərə nəzarət edənlər istəmirdilər ki, o yerlər onların əlindən çıxsın. Bəlkə də istəyirdilər ki, gələcəkdə onları özəlləşdirsinlər, sonra o torpaqları satsınlar, binalar tikilsin. Mən bilirəm məsələ nə idi. Eyni məsələ biz Heydər Əliyev Mərkəzini tikəndə də ortaya çıxmışdı. Mənə deyirdilər ki, bu, strateji əhəmiyyəti olan bir zavoddur - əvvəllər leytenant Şmidt, sonra Səttərxan adlanan zavod. Mən oraya gedib baxanda gördüm ki, şüşələr dağılıb, divarlar sökülüb, heç nə yoxdur. Soruşdum əgər bu, əhəmiyyətlidirsə, şüşələr niyə sökülüb. Dedilər ki, bu ventilyasiya üçün sökülüb. Bilirsiniz, belə olan halda güclü iradə göstərilməlidir və biz bu iradəni göstərdik”, - deyə qeyd edən İ.Əliyev yeni yaşayış binalarının tikintisi ilə bağlı da maraqlı fikirlər bildirib.
“Bu sahədə də daha ciddi nəzarət olmalıdır, özbaşınalıq olmamalıdır. Hər halda prezidentin dedikləri aşağılar üçün ciddi mesajdir. Praktika göstərir ki, qanunlara barmaqarası baxan məmurlar, prezidentin dediklərini daha üstün tuturlar. Amma bu da bir faktdırdkı deyilənləri öz mənafeləri baxımdan istifadə etməyi də bacarırlar. 
Məsələn, bizə Hacı Əhmədov yazır ki, prezident 22 may 2007-ci ildə Bağlar idarəsinin  ləğv edilməsinə dair də sərəncam imzalayib, amma bu sərəncam da icra olunmur. 
“Bu sərəncama görə həmin tarixə qədər vətəndashların istifadəsində olan bağ evləri əvəzsiz olraq vətəndaşların adına özəlləşdirilməlidir. Mən də ərizə ilə Dövlət Əmlak Komitesinin nəzdində olan BTİ-ye müraciət etmişəm. 10 ay get-gəl ərzində 7 nəfər müxtəlif idarələrdən adamlar gəlib ölçüb-biçiblər, sonunda da BTİ-nin müavini Zefer Abdullayev adli birisi prezident İlham Əliyevin sərəncamını vecinə almayaraq mənə rədd cavabə yazıb. Qonşularımdan soruşmuşam, deyirlər ki, qanuni ixtiyarinda olan və prezidentin sərəncamı ilə özəlləşdirilməli olan bağları öz sahiblərinin adına özəlləşdirmək üçün 5-6 min manat rüşvət pul istəyirlər - yoxsa müxtəlif dəxli olmayan bəhanələrlə rədd cavabı yazırlar. Ona görə də prezident nə deyibsə nə fərqi var ki?! Onsuz da bu rüşvətxor məmurlar qanunlara əməl etmirlər”, - deyə H.Əhmədov bildirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO