“Elektron Hökumət”dən daha bir yenilik

“Elektron Hökumət”dən daha bir yenilik

Hazırda oxunan: “Elektron Hökumət”dən daha bir yenilik

37324

 "Bakutel-2013" sərgisində  ziyarətçilər “Elektron Hökumət”  portalı stendində qeydiyyatdan keçməklə “e-imza” kartına pulsuz sahib olma imkanı əldə edəcəklər.

 

“Elektron Hökumət” portalında e-xidmətlərdən istifadənin  artırılması məqsədi ilə və vətəndaşların e-xidmətlərə olan marağınının nəzərə alaraq  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013"  sərgisində “Elektron Hökumət Portalı” pavilyonu quraşdırılacaqdır.

Pavilyona müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə edə biləcəklər. Bundan sonra vətəndaş yalnız pavilyon ərazisindən www.e-gov.az portalına daxil olaraq, elektron imza alınması üçün “Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi”  online müraciət formasını dolduracaq və ödənişsiz olaraq sifariş edəcəkdir. Müraciət forması qəbul olunduqdan sonra pavilyonda qısa zaman müddətində vətəndaşın adına olan  e-imza vəsiqələri hazırlanaraq, kart oxuyucu ilə birlikdə onlara təqdim ediləcəkdir.

Beləliklə, vətəndaş  Sertifikat Xidmət Mərkəzinə getmədən “e-imza” kartını  pulsuz əldə edəcək.

Bunun üçün vətəndaşın yalnız şəxsiyyət vəsiqəsi ilə sərgidə  “Elektron Hökumət" portalına ayrılmış pavilyona yaxınlaşması  kifayətdir.

Nəzərinizə çatdıraq ki, yuxarıda qeyd edilənlər yalnız sərgi ziyarətçilərinə şamil ediləcək.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO