Sosial şəbəkələrdə narkotik satan dəstə yaxalandı - FOTO

Sosial şəbəkələrdə narkotik satan dəstə yaxalandı - FOTO

Hazırda oxunan: Sosial şəbəkələrdə narkotik satan dəstə yaxalandı - FOTO
34424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvarda saxlanılan 7 nəfərdən ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Onlardan biri müxtəlif növ narkotik və psixotrop maddələrin satışını sosial şəbəkədəki hesablar vasitəsilə həyata keçirirmiş.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ziyad Baqautdinov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı onun əlindəki çantadan ayrı-ayrı plastik qablarda ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə heroin və əlavə olaraq 300 qramdan artıq psixotrop maddə metamfetamin aşkarlanıb.

Aparılan araşdırmalarla Z.Baqautdinovun həmin narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

O da müəyyən edilib ki, Z.Baqautdinov əldə etdiyi narkotik vasitə və psixotrop maddənin satışını sosial şəbəkələrdə yaratdığı müxtəlif hesablar vasitəsilə təşkil edirmiş.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 6 nəfər rayon sakini – K.Şirəli, B.Gülalıyev, L.Abdullayev, R.Məmmədov, T.Mayılzadə və R.İsayev saxlanılıblar. Onların hər birinin üzərində hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Bizim.Media

Sosial şəbəkələrdə narkotik satan dəstə yaxalandı - FOTO - foto 1
Sosial şəbəkələrdə narkotik satan dəstə yaxalandı - FOTO - foto 2
Sosial şəbəkələrdə narkotik satan dəstə yaxalandı - FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO