Siruz Təbrizlinin ölüm səbəbləri bəlli oldu

Siruz Təbrizlinin ölüm səbəbləri bəlli oldu

Hazırda oxunan: Siruz Təbrizlinin ölüm səbəbləri bəlli oldu

33472

 Azərbaycan xalq hərəkatının fəal nümayəndələrindən olan tanınmış ictimai-siyasi xadim Sirus Təbrizli bu gün səhər Xaçmazın Nabran ərazisindəki bağ evində qəfildən dünyasını dəyişib.

Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, mərhumun meyiti tibbi müayinədən keçmək üçün Səhiyyə nazirliyinin məhkəmə tibb ekspertizası və Patoloji Anatomiya birliyinin Quba rayon şöbəsinə gətirilib.

Bununla bağlı açıqlama verən Qubanın tibb eksperti Çingiz İsgəndərov, S.Təbrizlinin ölümünə səbəb olan faktorları göstərib. 

Çingiz İsgəndərovun sözlərinə görə, mərhum Sirus Təbrizlinin nəşi məhkəmə tibbi müayinəsindən keçirilib: "Məhkəmə tibbi müayinəsi zamanı onun bədənində hər hansı bir xəsarət və zorakılıq aşkar edilməyib. Daxili müayinə zamanı onun ürək-qan-damar sistemində kəskin qan-damar çatışmamazlığı aşkar edilib. İlkin səbəb olaraq göstərmək olar ki, ölümə səbəb də kəskin qan-damar çatışmazlığı olub".

Sirus Təbrizlinin qızı Sevinc Təbrizli, atasının ölümü ilə bağlı ANS PRESS-ə açıqlamasında, atası rəhmətə gedən zaman yanında olmadıqlarını bildirib: "Bircə onu deyə bilərəm ki, anamız da bizim yanımızda olub. Bizlər Sirus Təbrizlinin nə qədər dövlətinə və vətəninə bir sadiq insan olmasını dəyərləndirə bilmədik. Bircə ona heyfsilənirəm, başqa heç nə deyə bilmirəm. Bundan artıq danışmaq istəmirəm".

Qeyd edək ki, tibbi müayinədən sonra S.Təbrizlinin cənazəsi ailə üzvlərinin və yaxın dostlarının iştirakı ilə Bakıya aparıldı. Onun Göy məsciddə yuyulacağı bildirilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO