Gürcüstandan Azərbaycana armatur idxalı qadağan edilir

Gürcüstandan Azərbaycana armatur idxalı qadağan edilir

Hazırda oxunan: Gürcüstandan Azərbaycana armatur idxalı qadağan edilir

32634

Gürcüstan Azərbaycana keyfiyyətsiz və istifadəsi təhlükəli tikinti armaturu ixrac edir. Belə bir ittihamla Azərbaycanın aparıcı poladəritmə şirkətinin rəhbərliyi çıxış edib. 

Rəsmi qəzetlərdəki müsahibədə “Baku Steel Company” MMC-nin sahibi və Müşahidə Şurasının sədri Rasim Məmmədov bəyan edib ki, Gürcüstanda fəaliyyət göstərən Rustavi Metallurgiya Zavodu keçmiş zamanlarda Daşkəsən Filizsaflaşdırma Kombinatından Gürcüstana aparılan filizin tullantılarından armatur istehsal edir: “Ən ucuz ferrobirləşmələrdən istifadə edilərək, aşağı keyfiyyətli və istifadə üçün təhlükəli tikinti armaturları istehsal edib, nəqliyyat xərcləri az olduğuna görə daha ucuz qiymətlərlə Azərbaycana ixrac edir. Gürcüstanın Qara dəniz vasitəsilə dünya okeanına birbaşa çıxışı olduğunu nəzərə alsaq, istehsal olunan məhsul keyfiyyətli olduğu halda dünya bazarlarına çıxarılması daha məqsədəuyğun olardı”.

Moderator.az-ın Turan.az-a istinadən məlumatına görə, 2012-ci ildə Gürcüstandan Azərbaycana 21,4 milyon dollarlıq 28 min ton armatur gətirilib. “Baku Steel Company” öz istehsal həcmi barədə məlumat vermir, 770 min ton istehsal gücü olduğunu bildirir. Dövlət Statistika Komitəsi son dəfə 2011-ci il üzrə əsas sənaye mallarının nomenklaturası haqda hesabat açıqlayıb. Ona əsasən, armatur istehsalı 161,4 min ton olub. 

Rustavi Metallurgiya Zavodunun rəhbərliyi ittihama cavab verməyib. Zavod 12-32 mm-lik armaturlar buraxır. Onlar A500S və A400C siniflərinə uyğundur. Həmçinin zavodda istənilən uzunluqda hamar armatur istehsal edilir. Armatur istehsalı QOST 10884-94, QOST R 52544-2006 və DSTU 3760-2006 standartlarına uyğundur. Müştərinin sifarişi ilə Britaniyanın BS 54449-2005 üzrə armatur hazırlamaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO