ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi ilə bağlı məlumat yaydı

ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi ilə bağlı məlumat yaydı

Hazırda oxunan: ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi ilə bağlı məlumat yaydı
32590
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi ilə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, səfirlik COVID-19 pandemiyası ilə əlaqadar olaraq qeyri-mühacir viza əməliyyatlarının adi qaydada yerinə yetirilə bilmədiyini açıqlayıb.

“Hazırda biz, yerli şərtlər, resurslar və təhlükəsizlik məsələləri diqqətə alınmaqla missiya üçün vacib olan viza kateqoriyaları üçün məhdud sayda olan görüş vaxtı təklif edirik.

Sözügedən viza kateqoriyalarına müraciət ərizəsinə əsaslanan iş vizaları (H1B və L), heyət vizaları (C1/D), tələbə vizaları (F və M) və mübadilə proqram iştirakçiları üçün verilən (J) vizaları aiddir.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ səfirliyindən amerikalılara TÖVSİYƏ: İyunun 15-dək Rusiyanı tərk edin


Həmçinin müsahibədən azad olunan ərizəçilərdən, onların son 36 ay ərzində qüvvədən düşən biznes və turizm üçün verilən (B1/B2) vizası olduqda, yeni ərizələrini qəbul edirik.

Nəzərinizə çatdırırıq ki, müsahibədən azad olma prosesi yalnız Azərbaycan vətəndaşlarına və Azərbaycanda yaşayış icazəsi olan şəxslərə şamil olunur. Ən son viza müraciətləri imtina ilə nəticələnən ərizəçilər müsahibədən azad olma prosesindən faydalana bilməzlər.

İş həcmindən asılı olaraq, görüş üçün yerlər müvafiq qaydada açılacaq”, - deyə səfirliyin “Facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, vizaların hazır olma müddəti müxtəlif ola bilər, lakin bir çox hallarda viza prosesi ərizəçilərin müsahibəsindən sonra bir neçə iş günü ərzində tamamlana bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO