Gəncədə silah satmaq istəyən şəxs SAXLANILDI - FOTO

Gəncədə silah satmaq istəyən şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Gəncədə silah satmaq istəyən şəxs SAXLANILDI - FOTO

31772

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq satış məqsədi odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Qasımov şəhər ərazisində saxlanılaraq polis bölməsinə gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda şübhəli bilinən 67 nəfər saxlanıldı


Onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, lüləsi və qundağı kəsilmiş, 16 kallibirli tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silahı babasından qaldığını satmaq məqsədi ilə kəsdiyini bildirib

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO