Prezident İlham Əliyevxa0Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Moderator.az-ın məlumatına görə, AzTV sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.
Rövşən Məmmədov AzTV-yə 2015-ci ildə gəlib. Bu təyinatadək xa0AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı idi.xa0
O, daha əvvəllər “Lider” TV-də çalışıb.xa0
R.Məmmədov hazırda AzTV-də çalışmaqla yanaşı, Bakı Avrasiya Universitetində də dərs deyir.


































































































