2019-cu ilin Ay tutulmaları  mafiyaların süqut edəcəyini xəbər verir

2019-cu ilin Ay tutulmaları mafiyaların süqut edəcəyini xəbər verir

Hazırda oxunan: 2019-cu ilin Ay tutulmaları mafiyaların süqut edəcəyini xəbər verir

250874
Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır.xa0
Hazırda nəşrdə olan və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik.xa0
xa0

xa02019-cu İLİN AYxa0 TUTULMALARI MAFİYALARIN SÜQUT EDƏCƏYİNİ GÖSTƏRİR

“Allah Kainatı riyazi dillə yaratmışdır”.xa0
Qalileo Qaliley

Öncə qeyd edək ki, 2019-cuxa0 ildə iki dəfə - 21 yanvar və 17 iyul tarixlərdə Ay tutulması baş verəcək.xa0xa0
Elmi-lədun araşdırmalarımız göstərir ki,xa0 Ay tutulmaları bir-biri ilə “Quran”ın səhifələrinin (286) üç misli olan 858 (!) ədədi ilə bağlanır.
Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib. Odur ki, bu ədədin hikmətlərinə qısaca nəzər salmağı lazım bilirik:

1)“Quran”da təsbit olunmuş İslamın iki böyük bayramıxa0 Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür.

2)Araşdırmalarımız göstərir ki,xa0 insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır.


3)İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür.

4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.
“Quran”ın əsas mahiyyəti günahlara görə insanın TÖVBƏ etməsidir ki, bu da üç dəfə deyilir. Bunu riyazi dilə çevirsək: 286; 286; 286 (müqəddəs kitaba and içəndə də üç dəfə təkrarlanır). Bunları topladıqda isə, 858 ədədi alınır:

286 + 286 + 286 = 858

Bu və digər hesablamalarımız sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq bütün elmlərin və böyük hadisələrin üzərinə “vurulmuşdur”. O cümlədən astronomik hadisələrin də üzərində 286 ədədinin üç misli olan 858 ədədini görmək üçün tərtib etdiyimiz aşağıdakı cədvələ diqqət etməyiniz kifayətdir:


Cədvəldən göründüyü kimi, baş verən Ay tutlmaları əslində bəşəriyyətin diqqətini “Quran”a yönəltmək, doğru yola dönmək (tövbə etmək) üçün, Yaradan tərəfindən göndərilmiş kodlaşdırılmış mesajdır.

Ay tutulmaları niyə 14 ədədi altında baş verir?

Onu da qeyd edək ki, Ay tutulmalarının ötürdüyü kodlaşdırılmış mesajlar bununla bitmir.xa0 Elmi-ladun araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi iləxa0 ayın 14-dəxa0 baş verir. Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçünxa0 xa014 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq:
Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir.xa0 Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub?xa0

Xatırladaq ki, 14 ədədi Qurandaxa0 “İbrahim” surəsinin sıra nömrəsi olmaqla, tarazlıq, balans rəmzi sayılır. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi.xa0
Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan “Rəhimli Allah” surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün bir düsturuxa0 diqqətinizə çatdıraq:
"Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır).

Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var).
Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim”� surəsinin sıra nömrəsini (kodunu) göstərir:

55 - 41 = 14

Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə düzüldüyünü təsdiq edir.xa0

Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki,xa0 xa0xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən iqtidarlara Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı pozmasınlar. Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan daxa0 görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələcəkxa0 bəlaların siqnalıdır.xa0

Zülm edənlərdən və 14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14xa0 sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki,xa0 Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra, Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı. Bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti cəmi bir neçə ay çəkdi.

Məlumdur ki, bəşər yaranandan, xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlardaxa0 baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Yaradanın qəzəbinə səbəb olmuşdur! Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları... məhz bu qəzəbin təzahürüdür. Astronomik hadisələrin elmi-lədun təhlili pozulmuş balansı bərpa edəcək şəxsin də artıq aramızda olduğunu sübut etməkdədir.xa0

Bütün bu və ya digər (açıqlanması məqsədəuyğun olmayan) məlumatları təhlil edərək, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər.

“Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə.

Ayın üzərindəki “ləkə” əslində hansı
materikin xəritəsidir?

Aydan söz düşmüşkən, Yerin orbiti olan bu göy cisiminin bir sirrini də açmaq istəyirəm. Bu sir, Ayın üzərində görünən “ləkə”lərlə bağlıdır. Bu “ləkə”lərin nəyə işarə olduğu inndiyədək elmə məlum olmadığından, bu barədə dillərdə daim əfsanələr, miflər dolaşmışdır. Araşdırmalarımız zamanı məlum oldu ki, bu “ləkə”lər əslində, bir vaxtlar mövcud olmuş Pangeya adlı materikin xəritəsidir. Coğrafiya elmindən bilindiyi kimi, ilk yaranışda Yer kürrəsi cəmi bir materikdən ibarət olub ki, onun da adı Pangeya olub. Həmin materiki əhatə edən okean isə Pantalas adlanıb.xa0


Zaman keçdikcə, həmin Pangeya materiki əvvəlcə iki hissəyə, sonra isə, altı hissəyə bölünüb.xa0
“Pangeoist” sözünün mənşəyi,xa0 “Pan os” -xa0 “tam”, “bütöv”, “kök” (özül); “geo” - “Yer” mənası verməklə, “bütöv Yer” mənasını bildirir. Bu ideyanın daşıyıcıları pangeyistlər adlanır.xa0

Göründüyü kimi, ilk yaranışda Yer kürrəsi bütöv olmuş, əsrlər keçdikcə, parçalanaraq, indiki halına gəlmişdir. Necə ki, insanlar əvvəlcə bir atadan, bir anadan doğulduqdan sonra, millətlərə, xalqlara parçalandılar; daha sonra irqlərə, dinlərə, təriqətlərə...xa0 bölündülər və indiki hallarına gəldilər.xa0
Həmin eyni atanın və ananın övladları artıq biri-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o birinin, bir təriqət digər təriqətin qanını içməyə hazırdır və içirlər də!

Bütün bunların qarşısın almaq, insanları din və digər mafiyaların əsarətindən qurtarmaq üçün 2019-cu ildən Pangeyizm ideyası yenidən doğularaq, dünyaya yayılacaq və insanlara elmlənməyi, Kainatı və yaradılışı dərk etməyi tövsiyyə edəcək. İl ərzində pangeyistlərinxa0 təbliğatı bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına - birlik və sülh hallarına qayıdacaqlar. Bu barədə növbəti fəsildə bəhs edəcəyik.xa0

(ardı var)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO