Diaspor fəaliyyətində Misirlə əməkdaşlıq məsələləri müzakirə olundu

Diaspor fəaliyyətində Misirlə əməkdaşlıq məsələləri müzakirə olundu

Hazırda oxunan: Diaspor fəaliyyətində Misirlə əməkdaşlıq məsələləri müzakirə olundu

245157

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsində Misir Ərəb Respublikasının Parlament sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

xa0

Moderator.azxa0xəbər verir ki, görüşdə Misir-Azərbaycan əlaqələri, Misirdəki Azərbaycan icmasının ölkənin mədəni, sosial, iqtisadi həyatındakı rolu müzakirə olunub.

xa0

Dövlət Komitəsinin sədri qeyd edib ki, iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsində xalqlarımız arasında tarixi əlaqələrin, prezidentlərin qarşılıqlı səfərlərinin, eləcə də diaspor təşkilatlarının böyük rolu var.

xa0

Azərbaycanla Misir arasında mədəni, iqtisadi və digər sahələrdə olduğu kimi diaspor fəaliyyətində də münasibətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bu məqsədlə Dövlət Komitəsi ilə Misirin Miqrasiya və Xaricdəki Misirlilərlə İş üzrə Dövlət Nazirliyi arasında əlaqələrin qurulması qərara alınıb. Qarşlıqlı əməkdaşlığın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da səmərəli olacağı diqqətə çatdırılıb.

xa0

Misir Parlament sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərifi isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini vurğulayıb.

xa0

O, ikitərəfli əlaqələrin, dostluq münasibətlərinin möhkəmlənməsi üçün bütün addımların atıldığını qeyd edib və Misirin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

xa0

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO