Azərbaycanda magistr təhsil dərəcəsi olanların gəliri doktorantlardan çoxdur – RƏSMİ

Azərbaycanda magistr təhsil dərəcəsi olanların gəliri doktorantlardan çoxdur – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda magistr təhsil dərəcəsi olanların gəliri doktorantlardan çoxdur – RƏSMİ
226036
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Məşğulluq Agentliyi tərəfindən respondentlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, magistr təhsil dərəcəsi olan şəxslərin orta aylıq gəliri sadəcə bakalavr dərəcəsi olan şəxslərin orta aylıq gəlirindən 65%, doktorantura dərəcəsi olan şəxslərin orta aylıq gəlirindən isə 13% daha çoxdur.

Bizim.Media bu barədə Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, magistr təhsilini Azərbaycanda davam etdirən şəxslərin orta aylıq gəliri ali təhsilini davam etdirməyən şəxslərin orta aylıq gəlirindən 50% daha çoxdur.

“Magistr təhsilini xaricdə davam etdirən şəxslərin orta aylıq gəliri isə ali təhsilini davam etdirməyən şəxslərin orta aylıq gəlirindən 119% daha çoxdur.

Magistr təhsilini xaricdə davam etdirən şəxslərin orta aylıq gəliri magistr təhsilini Azərbaycanda davam etdirən şəxslərin orta aylıq gəlirindən 45% daha çoxdur”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO