“Vaxtı kemiş kreditlərlə bağlı problemi həll etməliyik” –  1,8 milyardlıq problem

“Vaxtı kemiş kreditlərlə bağlı problemi həll etməliyik” – 1,8 milyardlıq problem

Hazırda oxunan: “Vaxtı kemiş kreditlərlə bağlı problemi həll etməliyik” – 1,8 milyardlıq problem

225231
Vahid Əhmədov: “Biz bankların sağlamlaşmasını istəyiriksə, buna getməliyik”

Dollarla bağlı verilən kreditlərlə bağlı devalvasiyadan sonra yarannan problem bu gün də minlərlə insanı ciddi şəkildə narahat etməkdədir.xa0

Moderator.az -a açıqlama verən millət vəkili Vahid Əhmədovxa0 dollarla olan problemli kreditlərlə bağlı məsələnin həll edilməsinin vacibliyinə toxunub. Millət vəkilinin sözlərinə görə, bu, hər şeydən öncə bankların sağlamlaşdırılması baxımından zəruridir:

“Bildiyiniz kimi, devalvasiyadan sonra dollarla olan əmanətlərlə bağlı əhali müəyyən problemlərlə üzləşdi. Insanların banklara borcu çoxaldı. Biz bu problemlərin həllini nəzərdə tutan təkliflər hazırladıq və bunu ölkə başçısınn köməkçisinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Milli Məclisin sədri cənab Oqtay Əsədova, Mərkəzi Bankın sədrinə verdik. Mərkəzi Bankın sədri bununla bağlı öz müsbət rəyini verdi. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatası fərqli mövqe tutdu.xa0

Bu gün də bu məsələ gündəmdədir. Bankların sağlamlaşmasını istəyiriksə, vaxtı kemiş kreditlərlə bağlı məsələni həll etməliyik. Bu məbləğ 1,8 milyarda çatır. Bu, böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edir”.

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO