Aqil Abbas telekanalları ara həkimlərinin reklamına görə  İTTİHAM ETDİ

Aqil Abbas telekanalları ara həkimlərinin reklamına görə İTTİHAM ETDİ

Hazırda oxunan: Aqil Abbas telekanalları ara həkimlərinin reklamına görə İTTİHAM ETDİ
223870
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Televiziyanı açan kimi görürsən reklam edirlər, İrandan, Türkiyədən-filan həkim gəlib, 5 günlük xəstələri qəbul edəcək, tez gəlin. Öz məşhur həkimlərimiz kənarda qalır. Televiziyalarda hətta ara həkimlər də reklam edilir”.xa0

Moderator.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Aqil Abbas deyib. Deputat bildirib ki, ölkəmizdə savadlı həkimlərin sayı kifayət qədərdir.xa0

“Onlardan ikisi bu Milli Məclisdə təmsil olunur. Onların reklamına ehtiyac yoxdur. Lakin bu gün efirdə İrandan 5 günlük ölkəmizə gələn həkim reklam edilir. Telekanalların bunu gəlir əldə etmək məqsədilə etdiyi hər kəsə məlumdur. Dediklərimiz burda qalmamalıdır. Bu gün biz burada danışırıq, axşam evdə ara həkimi reklam ediləcək. Nə qədər ara həkimləri efirdə reklam edilməlidir. Özümüz özümüzə hirslənməklə heç bir nəticə olmayacaq”.xa0

Deputat xatırladıb ki, bir zamanlar televiziyada bir qadın ara həkimi reklam edilirdi: “Özü də hər dəfə 3 kiloqramlıq balonla efirə çıxırdı. Özü də dərmana “darman”deyirdi”.xa0

Deputat qeyd edib ki, müzakirələr aparılır, etiraz edilir, amma nəticə olmur. “Axşam televizyada yenə də ara həkimlər reklam olunacaq, yenə “darman” reklam olunacaq Telekanallarda bu gün əsasən həkimlərin, dərmanların və klinikaların, bir də son zamanlar mərasim evlərinin reklamı aparılır. Bu cür reklamların qarşısı alınmalıdır. Milli Məclisdə deyilənlər həyata keçirilməlidir. Onlara dövlət tərəfindən ciddi təpki göstərilməlidir”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO