Məktəblərdə yaşanan son olaylarla bağlı çıxış yolu tapıldı -  Sinif otaqlarında və sanitar qovşaqlarda...

Məktəblərdə yaşanan son olaylarla bağlı çıxış yolu tapıldı - Sinif otaqlarında və sanitar qovşaqlarda...

Hazırda oxunan: Məktəblərdə yaşanan son olaylarla bağlı çıxış yolu tapıldı - Sinif otaqlarında və sanitar qovşaqlarda...

223209
Bakıdakı bəzi orta ümumtəhsil məktəblərindəki sinif otaqlarında və sanitar qovşaqlarda kameralar quraşdırılır.

Kameraların quraşdırılması əsasən, paytaxtın Suraxanı, Sabunçu, Nizami, Xətai rayonları ərazisində yerləşən orta məktəbləri əhatə edir. Buna səbəb kimi, bəzi valideynlərin dərslərin keyfiyyətindən, uşaqlarının davranışından narazılıq etməsi, ən əsası son günlər orta məktəblərlə bağlı xoşagəlməz məlumatların yayılması göstərilir.

Modern.az-a daxil olan məlumata görə, Təhsil Nazirliyi kamera quraşdırılmasını bu yöndə artan haqlı və haqsız narazılıqların qarşısını almaq üçün ən optimal variant olaraq seçib.

Məsələ ilə bağlı saytın əməkdaşı Bakı şəhəri Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Lakin konkret məktəb ünvanı göstərilmədiyindən sorğu cavablandırılmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO