Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı Hüseynbala Əliyev küçəsindəki obyektin sahəsinin razılaşdırılmadan genişləndirilməsi faktı aşkar edilib.
Məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi ilə bağlı iş icraçısına və aidiyyəti üzrə Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Paytaxtda növbəti qanunsuz obyekt tikintisinin qarşısı alındı - FOTO/VİDEO
Bizim.Media xəbər verir ki, Baş İdarənin məlumatına baxmayaraq, qanunsuz işlər davam etdirilib.
Bu səbəbdən oktyabrın 16-da Nəsimi Rayon İcra Hakimiyyətinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ciddi xəbərdarlıq olunub, tikinti işlərinin dayandırılması və tikilinin sökülməsi təmin edilib.
Bizim.Media