182 nömrəli məktəbdə niyə 3 gündür işıq YOXDUR? – Rəsmi AÇIQLAMA

182 nömrəli məktəbdə niyə 3 gündür işıq YOXDUR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: 182 nömrəli məktəbdə niyə 3 gündür işıq YOXDUR? – Rəsmi AÇIQLAMA

216282

Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə üç gündür ki, işıq yanmıır.

Bu barədə valideynlər redaksiyamıza şikayət ediblər. Onlar bildiriblər ki, məktəbdə elektrik enerjisinin olmaması səbəbindən uşaqlar ikinci dərsdən sonra evə buraxılırlar.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi Bizim.Media-nın sorğusunu cavablandırıb.

Qurumdan bildirilib ki, 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub:

“Məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Məktəbdə tədris prosesi davam edir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO