15 yaşlı qızın qətlində şübhəli bilinirdi, meyiti Qarabağ kanalından TAPILDI - FOTO

15 yaşlı qızın qətlində şübhəli bilinirdi, meyiti Qarabağ kanalından TAPILDI - FOTO

Hazırda oxunan: 15 yaşlı qızın qətlində şübhəli bilinirdi, meyiti Qarabağ kanalından TAPILDI - FOTO

214968

Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, sentyabr ayının 1-də 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Sentyabr ayının 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Onun meyiti oktyabr ayının 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO