Zaqatalada qəza olub, bir ailədən 4 nəfər xəsarət alıb - FOTO

Zaqatalada qəza olub, bir ailədən 4 nəfər xəsarət alıb - FOTO

Hazırda oxunan: Zaqatalada qəza olub, bir ailədən 4 nəfər xəsarət alıb - FOTO

209317

Zaqatalada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı və “BMW” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlardan 4-ü bir ailənin üzvüdür. Onlar rayonun Aşağı tala kənd sakinləri - 1962-ci il təvəllüdlü Cəlil İspəndiyar oğlu Abbasov, 1964-cü il təvəllüdlü Sevda İsmayıl qızı Abbasova, 2017-ci il təvəllüdlü Enes Vüqar oğlu Abbasov və 2009-cu il təvəllüdlü Tuncay Tural oğlu Balayevdir.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Hazırda yaralılara yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO