
- A-
- A
- A+
Cəmiyyət
17:07 / 04.01.2018
2 dəq oxunma
Mərkəzi Elmi Kitabxananın Türkiyənin kitabxanaları ilə əlaqələri güclənir
Hazırda oxunan: Mərkəzi Elmi Kitabxananın Türkiyənin kitabxanaları ilə əlaqələri güclənir
206607
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
MEK əməkdaşları Türkiyə kitabxanalarına ezamiyyə səfərinin hesabatını təqdim edib.
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) əməkdaşlarının Türkiyə səfəri ilə bağlı hesabat təqdimatı keçirib. Hesabatı kitabxananın İstanbul şəhərinə ezam edilmiş əməkdaşları ”“ MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, MEK İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova və həmin şöbənin baş mütəxəssisləri Dürdanə Ağayeva, Günay Məmmədova təqdim ediblər.
Təqdimatda İstanbul şəhər kitabxanaları və ictimai qurumlar ilə baş tutmuş görüşlərin nəticələri, əldə edilmiş tətbiqi və nəzəri informasiyaların, fikir və təklif mübadilələrinin ümumi təsəvvürü canlandırılıb. Türkiyənin İstanbul Orxan Kamal Xalq Kitabxanası, Süleymaniyə Əlyazma Əsərlər Kitabxanası, Atatürk Kitablığı, İslam Araşdırmaları Mərkəzi (İSAM) Kitabxanası, Bəyazit Dövlət Kitabxanası, Ahmet Hamdi Tanpınar Ədəbiyyat Müzeyi Kitabxanası və İstanbul Azərbaycan Kültür Evi dərnəyində olan MEK əməkdaşlarına ziyarət etdikləri hər bir qurum haqqında ətraflı bilgilər verilib. Slayd üzərindən təqdim edilən məlumatlarda adı çəkilən kitabxanaların tarixi, fəaliyyəti, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təhcizatı, mövcud imkanları barədə danışılıb, maraq çəkən cəhətləri qeyd olunub.xa0
Bildirilib ki, ziyarət əsnasında MEK əməkdaşları Mərkəzi Elmi Kitabxananın çoxşaxəli fəaliyyəti, iş prinsipləri və sistemi, imkanları, mövcud bazası, fondları, həyata keçirdiyi layihə və təşəbbüslər haqqında İstanbullu həmkarlarına geniş məlumat verib, kitabxanaların hər birinə Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini və qədim tarixini əks etdirən kitablar bağışlayıblar. İstanbul Orxan Kamal Xalq Kitabxanası, Süleymaniyə Əlyazma Əsərlər Kitabxanası, Atatürk Kitablığı, İSAM Kitabxanası, Ahmet Hamdi Tanpınar Ədəbiyyat Müzeyi və Bəyazit Dövlət Kitabxanalarının, İstanbul Azərbaycan Kültür Evinin rəhbərləri MEK əməkdaşlarının ziyarətindən məmnunluqlarını ifadə edib, MEK-ə kitab və rəsmlər təqdim ediblər. Müzakirələrdən sonra, Mərkəzi Elmi Kitabxana haqqında geniş təsəvvürə sahiblənən, xüsusilə Azərbaycana aid strateji informasiyanın elektron formatda cəm olunub, dünya oxucusu üçün əlçatan edildiyi Milli Rəqəmsal Yaddaş layihəsinin üstünlüklərinə və Vahid Qeydiyyat Sisteminin iş prinsiplərinə maraq göstərən müəssisə rəhbərləri əməkdaşlıq təkliflərini səsləndirib və iş birliyinin təşkili üçün birgə konfransın keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.
Təqdimatın sonunda geniş müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları müqayisəli təhlillər əsasında cavablandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün





























































































