Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə Ərəstun Mahmudov adına 220 saylı məktəb lisey tərəfindən təqdim olunmuş “Peşə Profilinin Müəyyənləşdirilməsi”x9d layihəsi icrasını uğurla yekunlaşdırdı.
Layihənin məqsədi məktəblilərin müasir metodika, psixoloji diaqnostika və texnikalarlaxa0 bilik və bacarıqlarının öyrənilməsi və düzgün istiqamət göstərilərək yuxarı sinif şagirdlərinə dərk edilmiş şəkildə peşə seçimini etməyə kömək etmək, peşə seçimini etmək üçün psixoloji hazırlıq üçün şərait yaratmaq, öz gələcəyi, peşəkar karyerasını planlaşdırmaq üçün səriştələrin verilməsidir.xa0 Layihə məktəblilərin gələcəkxa0 peşə seçimi istiqamətində yeni ənənənin əsasını qoyacaq.xa0
Layihə Bakı şəhəri üzrə 15 orta məktəbi və ümumilikdə 1500 nəfərdən çox şagirdi əhatə etdi. Layihəyə cəlb olunmuş 220 â„–-li məktəb-lisey, 240, 245, 247, 283, 29, 291, 60, 67, 95 â„–-lixa0 tam orta məktəblər, 246, 62 və 72 â„–-li məktəb-liseylər, Akademik Zərifə Əliyeva adına Lisey, Heydər Əliyev adına Təhsil Kompleksində layihə çərçivəsində psixoloji test imtahanı və müşahidə oyunları keçirildi. Nəticədə 1500 şagirdə gələcək peşə seçimində onlara istiqamət verəcək profil verildi.xa0
Layihə cari ilin 22 sentyabr-22 dekabr tarixlərini əhatə edirdi.


































































































