Sürücülərə XƏBƏRDARLIQ: Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ

Sürücülərə XƏBƏRDARLIQ: Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ

Hazırda oxunan: Sürücülərə XƏBƏRDARLIQ: Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ

189239

28 aprel saat 11:00-dan etibarən M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

"Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur", məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO