Lənkərandakı qəzada xəsarət alanların kimliyi BİLİNDİ - YENİLƏNİB/FOTO

Lənkərandakı qəzada xəsarət alanların kimliyi BİLİNDİ - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Lənkərandakı qəzada xəsarət alanların kimliyi BİLİNDİ - YENİLƏNİB/FOTO
185465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub. 

Bizim.Media xəbər verir ki, Lənkəranda "Hyundai" markalı yük avtomobili "Belarus" markalı traktorla toqquşub. 

Baş verən qəza nəticəsində Lənkəran rayon sakinləri 1986-cı il təvəllüdlü Amil Möhübbət oğlu Qafarov, 1982-ci il təvəllüdlü Elməddin Rəfael oğlu Cavadov və 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Vəziyyətləri ağır olan E.Cavadov və S.Abbasov reanimasiya şöbəsinə yerləşdirilib. 

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının 171 km-də qeydə alınıb. Qəzada yol kənarındakı mühafizə hasarına da ciddi ziyan dəyib. 

*** 14:52

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonundan keçən  ərazisində qeydə alınıb. Hərəkətdə olan yük avtomobili traktorla toqquşub. 

Yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb. Hal-hazırda FHN-in Lənkəran yanğından mühafizə hissəsinin texnikası, canlı qüvvəsi və Cənub Regional Mərkəzinin xilasediciləri yük maşınında sıxılıb qalanları çıxarırlar. 

Qeyd edək ki, qəza nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Xilasetmə prosesi davam etdirilir.

Lənkərandakı qəzada xəsarət alanların kimliyi BİLİNDİ - YENİLƏNİB/FOTO - foto 1
Lənkərandakı qəzada xəsarət alanların kimliyi BİLİNDİ - YENİLƏNİB/FOTO - foto 2

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO