“Heç kimə havayı pul vermirlər” – Siyavuş Novruzov  

Hazırda oxunan: “Heç kimə havayı pul vermirlər” – Siyavuş Novruzov  

184696

“Son dövrlərdə təhlükəsizlik məsələsi bütün dünyada bir nömrəli məsələyə çevrilib”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov səsləndirib. 

“Bir ölkə vətəndaşın təhlükəsizliyini təmin edə bilmirsə, başqa hansı hüquqlarını təmin edə bilər?! Biz şahidi olduq ki, cənab Prezidentin uğurlu siyasəti nəticəsində ölkəmizdə təhlükəsizliyi pozmaq istəyən qüvvələrin qarşısı hüquq-mühafizə orqanlarımız tərəfindən alındı. 

Bu gün dünyanın mötəbər tədbirləri Azərbaycanda keçirilir. COP29 kimi mötəbər tədbirlərin ölkəmizdə keçirilməsinin səbəblərindən biri də məhz Azərbaycanın təhlükəsizliyi ilə bağlıdır. 

Rusiyada baş verən hadisədən sonra bir çox sapı özümüzdən olan baltalar elə cəhdlə çalışırlar ki, “kaş belə hallar Azərbaycanda da olardı”. Onlar xalqımızı yox, özlərinin maraqlarını, iyrənc hisslərini düşünürlər. 
Terrorun əsas mənbəyi çirkli pullardır. Bununla bağlı Cinayət Məcəlləsində ciddi müddəalar var. Düşünürəm ki, həmin müddəları daha da sərtləşdirmək lazımdır. Heç kim, heç kimə havayı pul vermir. Bütün çirkli pulların arxasında müəyyən məqsədlər var”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO