Mingəçevirdə yataqxana binası yanıb, sakinlər təxliyə edilib - VİDEO

Mingəçevirdə yataqxana binası yanıb, sakinlər təxliyə edilib - VİDEO

Hazırda oxunan: Mingəçevirdə yataqxana binası yanıb, sakinlər təxliyə edilib - VİDEO
184606
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yataqxana tipli yaşayış binasının 5-ci mərtəbəsində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbriləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Yanğın nəticəsində vətəndaşlara məxsus arakəsmələri taxta konstruksiyadan ibarət ümumi sahələri 40 və 50 m² olan iki otağın yanar konstruksiyaları yanıb.

Qonşu mənzillər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO