Qarabağı viran qoyan separatçılar Ermənistana birbaşa təhdid yaradır - İrəvandan rəsmi açıqlama

Hazırda oxunan: Qarabağı viran qoyan separatçılar Ermənistana birbaşa təhdid yaradır - İrəvandan rəsmi açıqlama

184555

“Ermənistanda mühacirətdə olan "hökuməti" (söhbət Qarabağ separatçılarının elan etdiyi "hökumət"dən gedir) təmsil edən bütün idarələr bağlanmalıdır, çünki onlar mövcudluğu ilə Ermənistanın təhlükəsizliyinə və dövlətçiliyinə təhlükə yaradırlar”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin Aparat rəhbərinin müavini Taron Çaxoyan "Facebook"da yazıb.

Onun sözlərinə görə, Ermənistanda dövlət daxilində dövlət ola bilməz, mühacirətdə "hökumət" yoxdur və ola da bilməz:

"Qarabağda çevriliş həyata keçirən və nəticədə Qarabağı viran qoyan həmin avantüristlər Ermənistanda mühacirətdə olan "hökumət" yaratmağa çalışırlar. Bu da milli təhlükəsizliyə birbaşa təhdid yaradır”, - deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO