ADPU-nun Şəki filialına yeni direktor təyin edilib - FOTO

Hazırda oxunan: ADPU-nun Şəki filialına yeni direktor təyin edilib - FOTO

184448

ADPU-nun Şəki filialına yeni direktor təyin edilib. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Məlumatı Bizim.Media-nın yerli bürosuna Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialından təsdiqləyiblər.

Bildirilib ki, bu vəzifəyə Vurğun Məmmədov təsdiqlənib.

Qeyd edilib ki, tarix üzrə fəlsəfə doktoru Vurğun Məmmədov bu təyinata kimi ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. O, eyni zamanda çalışdığı universitetin Azərbaycan tarixi kafedrasının dosentidir.
Yeni direktor bu gün kollektivə təqdim edilib.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO