BİZİM TƏQVİM: 28 martda dünyada baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 28 martda dünyada baş vermiş tarixi hadisələr

184425

Bu gün Azərbaycan Milli Təhlükəsizlik orqanlarında çalışanların peşə bayramıdır. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin Hərbi Nazirliyi tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Həmin ilin iyununda bu bölmələr əsasında xüsusi xidmət orqanı fəaliyyətə başlayıb. Təşkilatın ilk rəhbərləri Məmmədbağır və Nağı Şeyxzamanovlar olublar.

Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər ilin 28 mart tarixi Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir. 

Bəs, 28 martda dünyada daha hansı hadisələr baş verib?

1. 1797-ci ilin 28 martında ilk paltaryuyan maşın patentləşdirilib. Taxta yeşik və hərəkət edən çərçivədən ibarət bu qurğudan sonra 1851-ci ildə yenə də ABŞ-da Ceyms Kinq tərəfindən artıq fırlanan barabanı olan maşın icad edilib.

2. 28 mart 1930-cu ildə Türkiyə Cümhuriyyəti hökuməti xarici ölkələrdən Türkiyədəki şəhərlər üçün türkcə adları istifadə etmələrini rəsmən tələb edib.

3. İspaniyada 1936-cı ildən başlayan vətəndaş müharibəsi 3 il sonra 1939-cu ilin 28 mart tarixində general Frankonun Madridi ələ keçirməsilə sona çatdı və ölkədə 1975-ci ilə qədər sürəcək “Franko diktatorluğu dövrü” başladı.

4. 28 mart 1944-cü ildə Türkiyənin Adapazarı rayonu ərazisində güclü zəlzələ oldu, 2831 nəfər həyatını itirdi.

5. 1965-ci ilin 28 martında Amerika Birləşmiş Ştatlarının Alabama əyalətində Martin Lüther Kinqin başçılığı ilə 25 min nəfər vətəndaş haqları uğrunda və irçilik əleyhinə nümayişə çıxdı.

6. 28 mart 1970-ci ildə Türkiyənin Kütahya rayonunun Gediz qəsəbəsi zəlzələdən sarsıldı. 1086 adamın həyatını itirdiyi bu zəlzələdə təxminən 10 min ev yerlə bir oldu.

7. 1991-ci ilin 28 mart tarixində İraqın Kərkük vilayətinə bağlı Altınköprü qəsəbəsində türkmənlərə qarşı Altınköprü qırğını törədildi. Aralarında uşaqların da olduğu 100-dən çox türkmən Səddam Hüseyn hökuməti tərəfindən gülləyə tutuldu.

8. 28 mart 1992-ci ildə Azərbaycanla Suriya arasında diplomatik əlaqələr qurulub.

28 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Görkəmli Çex pedaqoqu və ictimai xadimi Yan Amos Komenski 1592-ci ilin bu günü dünyaya gəlib.

2. Böyük rus yazıçısı Maksim Qorki 28 mart 1868-ci ildə dünyaya göz açıb.  

3. Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Əziz Şərifzadə 1895-ci ilin bu günündə anadan olub.

4. Şair, publisist, Azərbaycan SSR Mədəniyyət nazirinin müavini Teymur Elçin 28 mart 1924-cü ildə dünyaya gəlib.

5. Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviç 1965-ci ilin bu günündə doğulub.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO