Kredit borcunu ödəməyən şəxslər hansı hallarda həbs oluna BİLƏR? – HÜQUQİ İZAH 

Hazırda oxunan: Kredit borcunu ödəməyən şəxslər hansı hallarda həbs oluna BİLƏR? – HÜQUQİ İZAH 

184407

“Mövcud qanunvericiliyə əsasən banka olan borcunu ödəməyən şəxs inzibati halda 1 aya qədər məsuliyyətə cəlb oluna bilər. Yaxud, əgər barəsində cinayət işi açılıbsa, 3 il müddətində azadlıqdan mərhum olunur. Bu da o halda ola bilər ki, həmin şəxsin maddi imkanı olsa da borcunu ödəmək istəmir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov bildirib.

Ekspert bildirib ki, əgər həmin şəxs heç harda işləmirsə və buna görə borcunu ödəyə bilmirsə, heç bir məsuliyyətə cəlb oluna bilməz:

“Ona görə ki, məhkəmə qərarı olsa da, şəxsin rəsmi iş yeri olmadığı üçün icraçı qərarı icra edə bilmir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, bu, üzrsüz səbəb hesab olunur. Cinayət Məcəlləsinin 306-cı maddəsi də təxminən eyni mahiyyət daşıyır. Göstərilir ki, qərarı qərəzli icra etmə yoxdursa, məsuliyyət daşımır. 

Konstitusiya Məhkəməsinin bu maddəni şərh edən 2013-cü il tarixli qərarına əsasən, bu, ödəmə imkanı olsa da, qərəzli şəkildə ödəməmə kimi nəzərdə tutulur”.

Müsahibimiz 2021-ci ildən etibarən kredit borcuna görə həbslərin sayının kəskin azaldığını bildirib. O qeyd edib ki, həmin ildən başlayaraq bank borcluları həbs etdirmir. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO