Şəmkirdə yeniyetmə atasının maşınını aşırdı - ÖLƏN VAR

Hazırda oxunan: Şəmkirdə yeniyetmə atasının maşınını aşırdı - ÖLƏN VAR

184358

Şəmkirdə sürücülük hüququ olmayan yeniyetmə avtomobil aşırıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Yeni Həyat kəndində baş verib. 

2007-ci il təvəllüdlü Ayxan Amasov atasına məxsus VAZ-2112 markalı avtomobili aşırıb. 

Qəzada Ayxan Amasov, sərnişinlər - 2009-cu il təvəllüdlü Turxan Alıyev və 1998-ci il təvəllüdlü Orxan Alıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Orxan Alıyevin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO