Gəncədə zəncirvari QƏZA - Dörd maşın toqquşdu 

Hazırda oxunan: Gəncədə zəncirvari QƏZA - Dörd maşın toqquşdu 

184111

Dünən gecə saat 3 radələrində Gəncədə Heydər Əliyev prospektində, Gəncə Dövlət Filarmoniyasının yaxınlığında zəncirvari qəza baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Hyundai Santa Fe” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yolun kənarında dayanan “AzSamand”, “Peugeot” və “Land Cruiser” markalı avtomobillərlə toqquşub. 

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO