Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycan elminə ağır itki üz verdi

Hazırda oxunan: Azərbaycan elminə ağır itki üz verdi

180406
Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib.xa0

"Report"un Qərb bürosu xəbər verir ki, Gəncədə təhsil və maarifçilik mühitinin formalaşdırılmasında müstəsna xidmətləri olan pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Sabir Bayram oğlu Orucov ömrünün 76-cı ilində vəfat edib.

Sabir Bayram oğlu Orucov 1941-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunda anadan olub. 1948-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində ailəsi ilə birlikdə Samux rayonunun Kolayır kəndində məskunlaşıb. Orta təhsilini Kolayır kənd orta məktəbində (1948-1959), ali təhsilini ADPU-nun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində (19591963) alıb. “Böyük VÓ™tÓ™n müÒ»aribəsi illÓ™rindÓ™ mÓ™ktÓ™blilÓ™rin vətÓ™npÓ™rvÓ™rlik tərbiyÓ™si“ mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb.

Gəncə Dövlət Universitetinin pedaqogika kafedrasında müəllim, baş müəllim, dosent, müdir, tərbiyəvi işlər üzrə prorektor, məsul katib, pedaqoji fakültənin dekanı vəzifələrində çalışıb. 10 kitab və kitabçanın, metodik tövsiyə və kitabçanın, 100-ə yaxın elmi məqalənin müəllifidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO