ADU-da “Yaponiya Ərzaq Məhsulları”x9d sərgisinə hazırlıqla bağlı görüş keçirildi

ADU-da “Yaponiya Ərzaq Məhsulları”x9d sərgisinə hazırlıqla bağlı görüş keçirildi

Hazırda oxunan: ADU-da “Yaponiya Ərzaq Məhsulları”x9d sərgisinə hazırlıqla bağlı görüş keçirildi

176298
Aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) oktyabr ayında Bakı Biznes Mərkəzində keçiriləcək “Yaponiya Ərzaq Məhsulları”x9d sərgisinə hazırlıq mərhələsində ADU-da Sərgi Komissiyasının üzvləri ilə yapon dilinə və Yaponiyaya maraq göstərən tələbələr arasında görüş keçirilib.

Görüşün əsas məqsədinin sərgi haqqında tələbələrə məlumat vermək, onların iştirakı və əməkdaşlığı məsələlərini müzakirə etmək, eləcə də tərcümə bacarığı olan tələbələri siyahıya almaq olduğunu deyən ADU-nun Yapon Mərkəzinin baş mütəxəssisi Yaşar İbrahimov sərginin Azərbaycanla Yaponiya arasındakı ticarət əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Görüşdə iştirak edən yapon qonaqlar ərzaq sərgisinin hər iki ölkənin biznesmenləri arasında əməkdaşlığın yaranması və iştirakçıların yapon mətbəxi ilə tanış olması baxımından əhəmiyyətini vurğulayıb, tələbələri sərgiyə dəvət ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO