Ölünü yumaq üçün su tapılmayan qəsəbənin problemi niyə HƏLLİNİ TAPMIR? – “Azərsu” isə hələ də SUSUR...

Hazırda oxunan: Ölünü yumaq üçün su tapılmayan qəsəbənin problemi niyə HƏLLİNİ TAPMIR? – “Azərsu” isə hələ də SUSUR...

175050

Füzuli rayonunun 6 nömrəli Qayıdış qəsəbə sakinlərinin su sarıdan əziyyət çəkdiklərini xəbər vermişdik. Hətta susuzluq səbəbindən qəsəbədə dünyasını dəyişən şəxsin cəsədini yumaq üçün su tapılmadığını qeyd etmişdik.

Problemlə bağlı Bizim.Media-ya şikayətlənən qəsəbə sakinlərinin sözlərinə görə 3 ildir ki, içməli suya həsrətdirlər.

 


MÖVZU İLƏ BAĞLI:

TRAGİKOMİK HADİSƏ: Bu qəsəbədə ölünü yumaq üçün su TAPILMADI – FOTOFAKT

 

Su ehtiyaclarını isə Beyləqandan və digər qonşu rayonlardan sifariş etdikləri su maşınlarının hesabına təmin edirlər.Sakinlər bir ayda suya 100 manata qədər pul xərcləməli olurlar.

Dediklərinə görə suyu pulla almaları onların dolanışığını daha da çətinləşdirir. İş o yerə çatıb ki, Bakıdan onlara qonaq gələnlərə hədiyyə olaraq əllərində bir qab su gətirmələrini xahiş edirlər.

Qeyd edək ki, əvvəllər qəsəbədə artezian quyusu olub. Lakin zaman keçdikcə quyunun suyu quruyub. Suyun yoxa çıxma səbəbi isə heç kimə bəlli deyil. Hazırda qəsəbədə yaşayan əhali bir damcı siya həsrət qalıb.

Qəsəbə sakinləri növbəti dəfə Bizim.Media-ya müraciət edərək su probleminin hələ də həll olunmadığından gileyləniblər.

Dediklərinə görə aidiyyəti qurumlardan məsələyə heç bir reaksiya yoxdur. Ən azından su probleminin nə vaxt və hansı yollarla həll olunacağı barədə ümidverici açıqlamalar belə gəlmir.
Xatırladaq ki, “Azərsu” ASC sakinlərin şikayətindən xəbərdardır. Qurumdan saytımıza problemin regional şöbəyə yönləndirildiyi bildirilmişdi. 15 gün keçməsinə baxmayaraq “Azərsu” ASC-dən sorğumuza heç bir açıqlama verilmir. Qurumun mətbuat katibi ilə yenidən əlaqə yaratsaq da, müraciətlərimizə susqunluq nümayiş etdirib. Çarəsiz sakinlər isə su ilə bağlı aqibətlərinin necə olacağından narahatdırlar...

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO