Azərbaycanın ən uzunömürlü sakini 124 yaşlı Nəbiyeva Barinin səhhəti NECƏDİR? - EKSKLÜZİV FOTOLAR 

Hazırda oxunan: Azərbaycanın ən uzunömürlü sakini 124 yaşlı Nəbiyeva Barinin səhhəti NECƏDİR? - EKSKLÜZİV FOTOLAR 

174784

Xəbər verildiyi kimi Azərbaycanda ən yaşlı sakinin 124 yaşı var. Söhbət Ağdaş rayonun Hapıtlı kənd sakini 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızından gedir. 

Bizim.Media Azərbaycanın ən uzunömürlü sakinini yaxından tanımaq üçün ailəsi ilə əlaqə saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın ən yaşlı seçicisinin 124 yaşı var 


Oğlu Fərman Nəbiyev Bizim.Media-ya açıqlamasında anasının durumunun ağır olduğunu bildirib. Onun sözlərinə görə qadın son bir aydır ki, yatağa düşüb:

"Bir aydır ki, yataq xəstəsidir. Son bir aya kimi özü-özünü idarə edirdi. Amma indi bizlərin ümidinə qalıb. Anam yanımdadır, gəlini və nəvələri ilə birgə yaşayır. Ali təhsili olmayıb, evdar xanım olub və illərlə kolxozda çalışıb. Pensiyaçıdır və təqaüdü 327 manatdır”.

Fərman Nəbiyev onu da qeyd edib ki, anası sağlamlığı ilə bağlı heç vaxt şikayətlənməyib:

“3 oğlan və 5 qız olmaqla 8 övlad olmuşuq. 30 -dan çox nəvəsi var. Nəticələrinin sayını dəqiq bilmirəm. Çoxdular…(gülür)






Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO