3 yaşlı qız dünyanın ən gənc yazıçısı kimi tarixə düşdü

3 yaşlı qız dünyanın ən gənc yazıçısı kimi tarixə düşdü

Hazırda oxunan: 3 yaşlı qız dünyanın ən gənc yazıçısı kimi tarixə düşdü

174094

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan üç yaşlı Əl-Maha Rəşid Əl-Meyri iki uşaq povestini - “Flower” və “Honeybee”ni nəşr etdirməklə dünyanın ən gənc yazıçısı olub.

Bizim.Media ərəb KİV-lərinə istinadla xəbər verir ki, 24 saat ərzində hər iki kitabının 1000-dən artıq nüsxəsini satan Əl-Maha Rəşid Əl-Meyrinin adı Ginnesin Rekordlar Kitabına ən gənc yazıçı (qadın cinsli) kimi düşüb.

Əl-Mahanın hekayələrə və rəsm çəkməyə marağı ona gətirib çıxarıb ki, o, uşaqlar üçün fantastika janrında gözəl, parlaq illüstrasiyalarla müşayiət olunan əhvalatları yazmağı öyrənib.

O, öz hekayələrində oxuculara ekoloji prinsiplərin mühümlüyünü çatdırmağa çalışır. Anasının sözlərinə görə, Əl-Maha öz yaşıdlarına ətraf mühitin qorunub saxlanmasının vacibliyini aşılamaq istəyir.
Onun böyük bacısı hazırda iki dildə yazılan kitabın nəşri üzrə ən gənc yazıçı, qardaşı isə kişilər arasında ən gənc müəllifdir. Analarının qeyd etdiyi kimi, qardaşı və bacısı Əl-Mahanın yazıçılıqla məşğul olmasının əsas səbəbkarlarındandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO