MSK sədri yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı məsələyə aydınlıq gətirdi

MSK sədri yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı məsələyə aydınlıq gətirdi

Hazırda oxunan: MSK sədri yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı məsələyə aydınlıq gətirdi

170426

“Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti sənədin üzərində qeyd olunur. Yeni nəsil şəxsiyyət vəsiqələrində də bu var. Hazırladığımız bildiriş formalarında da köhnə nəsil şəxsiyyət vəsiqələrinə uyğun olaraq verilmə tarixi də tələb edilir. Əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir”.

Bizim.Media xəbər verir ki, bunu  Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, bu nüansı düzgün izah etmək lazımdır:

“Yoxsa, buna görə vətəndaş məhkəməyə müraciət edə bilər. Müxtəlif istiqamətlərdə maarifləndirmə işlərinə başlanılıb".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO