“Vətənin müdafiəsinə hazıram!”x9d adlı atıcılıq turniri keçirilib

“Vətənin müdafiəsinə hazıram!”x9d adlı atıcılıq turniri keçirilib

Hazırda oxunan: “Vətənin müdafiəsinə hazıram!”x9d adlı atıcılıq turniri keçirilib

168303

Moderator.az Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fevral ayının 9-da “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi”x9d MMC-nin Sabunçu rayon filialında Xidmətin yaradılmasının 5-ci ildönümünə həsr edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət”x9d mərkəzləri arasında “Vətənin müdafiəsinə hazıram!”x9d adı altında atıcılıq turniri keçirilib. Turnirdə 8 komanda iştirak edib.

Turniri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq “ASAN xidmət”x9d mərkəzləri arasında təşkil olunan atıcılıq turnirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb. Xidmətin 5 illik fəaliyyəti barədə məlumat verdi və ötən müddət ərzində qazandığı nailiyyətlərdə digər dövlət strukturları ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə xa0xa0əməkdaşlığın da xüsusi rolu olduğunu bildirdi. Sonda turnir iştirakçılarını təbrik edərək, maraqlı mübarizə və uğurlar arzuladı.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətini yaradılmasının 5-ci ildönümü münasibətilə təbrik etdi və xidməti fəaliyyətində uğurlar arzuladı. Xidmətin “ASAN xidmət”x9d mərkəzlərində fəaliyyət göstərən nümayəndələrinin işini müsbət qiymətləndirərək, birgə əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyini vurğuladı.

Tədbirdə iştirak edən fəxri qonaq paraolimpiya çempionu İlham Zəkiyev çıxışında yaradılmasının 5-ci ildönümü münasibəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını təbrik etdi və belə turnirlərin gələcəkdə işğal altında olan rayonlarımızda da keçirilməsini arzuladı. Xidmətin ötən müddət ərzində fəaliyyətini müsbət qiymətləndirərək ona göstərilən diqqətə görə minnətdarlığını bildirdi.

Daha sonra iştirakçılara təhlükəsizlik qaydaları barədə təlimat verilmiş və yarışa başlanılmışdır.

Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparmışlar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 3 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirmişdir. İki mərhələnin yekununda I yeri “İnnovasiyalar”x9d komandası, II yeri “1 saylı “ASAN xidmət”x9d mərkəzi”x9dnin komandası, III yeri “Agentliyin Aparatının”x9d komandası tutmuşdur. Qaliblərə kubok, medal, diplom və xatirə hədiyyələri təqdim edilib.

Turnirin “sərrast atıcı”x9d kubokunu isə Dövlət Agentliyinin “İnnovasiyalar”x9d komandasının üzvü Zakir Əhmədov qazanıb.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO