Qərbi Azərbaycan Xronikası: “Uşaqların başını bürümüşdük ki, atılan daşlar onlara dəyməsin” - VİDEO

Qərbi Azərbaycan Xronikası: “Uşaqların başını bürümüşdük ki, atılan daşlar onlara dəyməsin” - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Uşaqların başını bürümüşdük ki, atılan daşlar onlara dəyməsin” - VİDEO

166017

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Bizim.Media xəbər verir ki, “Ermənilər bizə türkes deyib 10 qəpiklik kökəni vermədilər” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunın Qaraqaya kənd sakini Validə Ağamalıyevanın həyat hekayəsinə həsr olunub.

O, ziyalı ailəsində doğulduğunu, uşaqlıq, orta məktəb dövrünün çox gözəl keçdiyini deyib:

“Dağlardan moruq yığırdıq, meşəyə odun qırmağa gedirdik, çiling-ağac, beşdaş oynayırdıq. Çəmbərək (Krasnoselo) rayonunda fizika fənni üzrə olimpiyadada ermənilərin məkrli siyasəti ilə hələ uşaqikən üzləşmişdik. Onların bizə qarşı münasibətləri çox yaxşı olmayıb.

İndi kəndin bulaqlarının, təpə, yaylaq və digər görməli yerlərin həsrətini çəkdiyini söyləyən V.Ağamalıyeva bildirib ki, kaş uşaqlıq vaxtım olaydı, müəllimlərim, atam sağ olaydı:

“Gedib onları, məktəbimizi, elimi-obamı görəydim. Oralar mənim üçün çox doğmadır. İnsanın doğulduğu yer çox əzizdir”.

Onun sözlərinə görə, ermənilər sonuncu deportasiyada da insanlara  çox həyacanlı günlər yaşadıblar:

“Hadisələr 1988-ci ildən başladı. Övladım, atam-anam, qayınata, qaynana, qayınlarım, qohum-əqrabam – hamı kənddə idilər. 1989-cu ilin dekabr ayında bizimkilər oradan çıxmalı oldular. Ayaqyalın dağ yolları ilə gələnlərin ayağını soyuq aparmışdı. Ermənilər kənddə olan adamların var-dövlətini əllərindən alırdılar. Bizim adamları yük maşınına doldurub Gədəbəyə göndəriblər. Yolda ermənilər onlara daşlar atıblar. Uşaqların başını bürüyüblər ki, daş dəyməsin. Anamın qoluna da dəymişdi. Ağrılı-acılı günlərimiz çox olub. Bunları illər keçir unutmuruq. Nə kəndimi, nə kəndimin meşələrini, nə çayı, nə yolları unutmuram. Bu dəqiqə o evlər xəritə kimi gözümün qabağındadı. O kəndə getsəm ilk olaraq o həsrətdə olan ruhları ziyarət edərəm. O Təpəbaşında dayanıb kəndimizi seyr edərəm. Danışmaq şox ağrılı-acılıdır. Vətən həsrəti çox pis və çox çətin bir şeydir”.

O sonda Vətənə qayıdacağına əminl olduğunu ifadə edib:

“Sərkərdəmiz, bizim Prezidentimiz dəmir yumruğunu vurdu torpaqlarımızı, Qarabağımızı azad etdi. İnşallah, Göyçəmizə də qayıdacağıq. Allah onu Vətən həsrəti çəkənlərin hamısına qismət etsin. Oralar bizim əzəldən torpağımız olub. Əzəli bizim olan yerlər yəqin ki, axırda da bizim olacaq. Ona çox əminəm, çox rahatam və istəyərəm ki, İnşallah, biz yaşda olan insanlara, orada doğulanlara ora qayıdış qismət olsun!” 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO