“Gəncənin tarix və mədəniyyətini gənclərə tanıdaq”x9d layihəsi həyata keçirildi

“Gəncənin tarix və mədəniyyətini gənclərə tanıdaq”x9d layihəsi həyata keçirildi

Hazırda oxunan: “Gəncənin tarix və mədəniyyətini gənclərə tanıdaq”x9d layihəsi həyata keçirildi
163167
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı”x9d seçilməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlər əsasında “Maarifçi Gənclər”x9d İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində “Gəncənin tarix və mədəniyyətini gənclərə tanıdaq”x9d layihəsini məkan olaraq Neftçala, Salyan rayonlarında və Şirvan şəhərində həyata keçirilməsini nəzərdə tutulmuşdur.

Bu məqsədlə, ilk olaraq “Gəncənin tarix və mədəniyyətini gənclərə tanıdaq”x9d layihəsinin həyata keçirilməsini Neftçala rayonundan başlamışdır. Naftçala rayon İcra Hakimiyyətinin və Neftçala rayon Təhsil şöbəsinin yaxından köməkliyi ilə 13 dekabr 2016-cı il tarixində Neftçala şəhər 1 saylı tam orta məktəbinin akt zalında neftçalalı IX-XI sinif şagirdlərinin iştirakı ilə “Gəncənin tarix və mədəniyyətini gənclərə tanıdaq”x9d adlı tədbir keçirilmişdir. Tədbirdə 180 nəfər şagird iştirak etmişdir. Tədbir iştirakçılarına bu layihə çərçivəsində hazırlanmış, Gəncənin tarixi, tarixi şəxsiyyətləri, mədəni abidələri və digər məlumatları haqqında informasiyaları əhatə edən “Azərbaycanın Mirvarisi”x9d adlı kitabça paylanmışdır. Həmçinin, 50 nüxsə kitabça isə “ Ölkəmizi tanıyaq”x9d maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə şəhərində olmuş Neftçala rayonunun digər kənd və qəsəbə məktəblərinin şagirdlərinə paylanmaq məqsədilə Neftçala rayon Təhsil şobəsinə təhvil verilmişdir.

Tədbirdə, ilk olaraq layihə rəhbəri Azad Həmzəyev şagirdlərə Gəncənin tarixi, tarixi şəxsiyyətləri, tarixi-mədəni abidələri və müasir Gəncə haqqında geniş məlumatlar verən əhatəli çıxış etmiş, sonra isə öz növbəsində iştirak edən qonaqlar, Neftçala rayon İcra Hakimiyyətinin və rayon Təhsil şöbəsinin məsul şəxsləri çıxış edərək Gəncə haqqında öz təəssürat və biliklərini şagirdlərlə bölüşmüşlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO