Baş Prokurorluqdan həbsdə olan jurnalistin xanımı və dezinformasiya yayanlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan həbsdə olan jurnalistin xanımı və dezinformasiya yayanlara XƏBƏRDARLIQ

Hazırda oxunan: Baş Prokurorluqdan həbsdə olan jurnalistin xanımı və dezinformasiya yayanlara XƏBƏRDARLIQ

16283

“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə jurnalist Əfqan Sadıqovun təqsirləndirildiyi cinayət işi üzrə sonuncunun həyat yoldaşı Sevinc Sadıqova və özünü müxalifət adlandıran bəzi məsuliyyətsiz qruplaşmalar tərəfindən ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etmək məqsədi güdən bu növ bəyanatların yayılması ilə Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanlarına qarşı böhtan və qarayaxma kampaniyası aparılaraq həyata keçirilən hüquqi tədbirlərin üzərinə kölgə salmağa yönələn məlumatlar yayılır”.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib.

Bildirlib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha həqiqətə uyğun olmayan informasiyaları yaymaqla ictimai çaşqınlığa səbəb olan kütləvi informasiya vasitələrini bu sahədə milli qanunvericiliyin tələblərinə riayət etməyə, dəqiqləşdirilməmiş, qərəzli, mənbəyi məlum olmayan, konkret hadisələrin mahiyyətini təhrif edən informasiyaların yayımlanmasına yol verməməyə çağırır:

“Eyni zamanda, Baş Prokurorluq bu tipli yalan və qərəzli məlumatları yayan, habelə sosial şəbəkə və kütləvi informasiya vasitələrinə ötürən şəxslərə, o cümlədən vətəndaş Sevinc Sadıqovaya həmin qanunsuz əməllərin davam etdiriləcəyi təqdirdə barələrində hüquqi təsir tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edərək onları bu növ hüquqazidd hərəkətlərdən çəkinməyə çağırır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO