Sumqayıtda qəlyan təklif edən çay evinin rəhbəri həbs edildi - VİDEO

Sumqayıtda qəlyan təklif edən çay evinin rəhbəri həbs edildi - VİDEO

Hazırda oxunan: Sumqayıtda qəlyan təklif edən çay evinin rəhbəri həbs edildi - VİDEO
16244
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinməkdədir.

Qeyd edilən neqativ halların qarşısının alınması, qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən “Breeze” çay evində qəlyandan istifadə edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.

Həmin ünvana baxış keçirilib və obyektin icarədarı Vüsal Mədətov polislər tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmə tərəfindən V.Mədətov barəsində 10 sutka inzibati qaydada həbs qərarı verilib.

Çay evində qəlyandan istifadə edən 5 nəfər müştəri isə ümumilimdə 1400 manat cərimə olunublar.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik  tədbirlər mütəmadi olaraq  davam etdiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO