“Azərbaycanda dolların “qara bazarı”x9d var idi, bununla bağlı dövlət başçısının tapşırığına əsasən məruzələr edirdim”x9d.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
“Bununla bağlı cinayət işi qaldırılıb, bu istiqamətdə iş davam etdirilir. Müəyyən adamlar saxlanılıb, müəyyən adamların isə adları keçir. Bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq”x9d, - M.Quliyev əlavə edib.






























































































